330x110
 

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

17.09.2018,11:25


17 sentyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır.

Artıq müştərilər “bulud” üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur: “Office 365 Business Essentials”, “Office 365 Business” və “Office 365 Business Premium”.  Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur.    

“Microsoft Office 365”-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, “Microsoft Office” proqramları ilə işləmək mümkün olacaq.

Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin “Office 365”-in quraşdırılması və idarə olunması da çox sadədir.

Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün [email protected] ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.