Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon manat cəlb etdi

11:58 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 17 sentyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  750,8 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər