Neft - Energetika sahəsində işləyən Mühasiblərə “Workshop” keçirildi

13:21 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. “Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa önəmli dəyişikliklər və gözləntilər” mövzusunda ARPA-nın keçirdiyi silsilə tədbirlər çərçivəsində növbəti seminar 14 Sentyabr ARPA-nın ofisində keçirildi. Seminarda neft və energetika sahəsində fəaliyyət göstərən “Socar”, “Dentons”,”Enhanced Driling”,”Global Energy”, “Wartsila Azerbaijan” və s., şirkətlərin baş mühasib, mühasib və maliyyə menecerləri iştirak etdi..

Qeyd etmək lazımdır ki, bu seminarlar Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzi və Vergilər Nazirliyinin Tədris Mərkəzinin dəstəyi və müvafiq qurumların əməkdaşlarının iştirakı ilə həyata keçirilir. İqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən maliyyə mütəxəssislərini əhatə edəcək seminarda milli mühasibat uçotundan mühasibat uçotunun beynəlxalq standartlarına keçid mərhələsində mühasiblərin üzləşəcəyi problemlərdən və qanunun tətbiqindən sonra maliyyə idarəetməsi və mühasibat uçotu sahəsində tətbiq olunacaq yeniliklərdən bəhs olunacaq. Seminarlar təkcə Bakı şəhəri ilə məhdudlaşmayacaq, regionlarda da bu mövzu ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 


Bütün xəbərlər