Milli Oftalmologiya Mərkəzində Zəif görənlər bölməsi fəaliyyətə başlayır

14:07 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. 18 sentyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsinin təqdimatı olacaq.

Təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumatın verilməsindən və Low Vision cihazları ilə fərqli bir metodla müalicə aparılmasından ibarətdir.

Xəstələr üçün Azərbaycanda ilk dəfə yaradılmış, son texnologiya ilə təhciz olunan, yüksək elmi potensiala malik Zəif görənlər bölməsində hər bir xəstəyə fərdi yanaşılacaq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə Low Vision cihazları seçilərək təyin ediləcək.

Bütün xəbərlər