Xaçmazda daha iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

14:46 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. 2018-ci il sentyabrın 17-də Xaçmaz rayonunun Krasnı Xutor kəndinə və Turist qəsəbəsinə təbii qazın verilməsi  sakinlərin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, 116 abonenti olan Krasnı Xutor  kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 021 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

37 abonenti Turist qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu  4 669 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

 

Bütün xəbərlər