SABAH qruplarının yeni müəllimlərinə təlimlər keçirilib

17.09.2018,16:05


17 sentyabr, Fineko/abc.az. SABAH qruplarında yeni tədris ilinin payız semestrində dərs deyəcək professor-müəllim heyəti və mütəxəssislər üçün ADA” Universitetində təlimlər keçirilib.

Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır.

Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtib etmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, öyrənmə mərhələləri və müvafiq fəaliyyət növləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və qiymətləndirmə sistemləri, İKT-nin tədris prosesinə təsiri və təhsildə İKT vasitələri kimi mövzular da daxil edilib.

İki günlük təlimlərdə 80 nəfər iştirak edib.

 

 

Açar sözlər: Müəllim imtahan