Qala Həyat sığorta cari ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb

17:55 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, Cari ilin yanvar-avqust aylarıda“Qala Həyat”ın fərdi və korporativ müştərilər üzrə məcmu yığımlarının həcmi 10,859 mln. manatı ötüb:“Bu hesabatımızı operativ məlumatlar əsasında hazırlamışıq. Yığımlar üzrə portfelin diversifikasiyasına nəzər yetirək görəririk ki, portfelin formalaşmasında “həyatın ölüm halından sığortası”,“həyatın yaşam sığortası” və “bədbəxt hadisələrdən icbarı sığorta” növləri daha çox yığım payına malikdir. Hər ötən ayın hesabatı ilə müayisədə yığımlarımızın həcmi artır”.

E.Hüseynquluyev yığımlarla yanaşı şirkətin sığorta ödənişləri haqda da məlumat verib. O qeyd edib ki, cari ilin əvvəlindən sentyabr ayının 1-dək “Qala Həyat” müştərilərinə 10,952 mln. manatda çox sığorta ödənişi edilib:“Ödənişlər qanunvericiliyin tələbinə uyun olaraq vaxtında və opreativ qaydada həyata keçirilib. Ən iri ödəniş “həyatın yaşam sığortası” növünün payına düşüb. Ümumiyyətlə, sığorta ödənişlərin vaxtında və operativ həll edilməsi müştəridə şirkətə qarşı inam və etibar yaradan amillərdən hesab olunur.Çalışırıq ödənişlərin verilməsində bir gün olsa belə gecikmə yaranmasın. Müştərini razı salmaq və onun məmnuniyyət səviyyəsini daha da yüksəltmək “Qala Həyat” üçün ən prioritet məsələlərdən biridir.”

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir

 

 

Bütün xəbərlər