Abşeron rayonunda avtomobil yolunun tikintisi üçün vəsait ayrılıb

19:15 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda  avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması barədə sərəncam imzalayıb.

“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolunun tikintisi məqsədi ilə, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, - dövlət başçısının saytında dərc olunan sərəncamda belə deyilir.

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolu, 75 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

Bütün xəbərlər