"AzSığorta" dərmanları birbaşa ünvanınıza çatdıracaq

18.09.2018,15:03


18 sentyabr, Fineko/abc.az. Hər zaman müştərilərinin qayğısına qalan “AzSığorta” bu ənənəyə sadiq olduğunu bir daha sübut etdi. Şirkətin tibbi sığorta xidmətindən yararlanan müştərilər artıq dərman almaq üçün əczaxana axtarmayacaqlar, çünki lazım olan preparatlar müştərinin ünvanına çatdırılacaq.

Bunun üçünmüştərinin sadəcə 050 444 90 90nömrəsinə lazım olan dərman preparatlarının siyahısını göndərməsi yetərlidir. Dərmanların çatdırılması üçün əlavə ödəniş tələb edilmir. 

“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

 

Açar sözlər: AzSığorta