Vergilər naziri Şəmkir şəhərində vətəndaşları qəbul edəcək

18.09.2018,15:34


18 sentyabr, Fineko/abc.az. Vergilər naziri Mikayıl Cabbarov cari ilin sentyabrın 24-də saat 11:00-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə və Naftalan şəhəri, Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar sentyabrın 18-dən 21-dək Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, Naftalanda, Goranboy, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Açar sözlər: Mikayıl Cabbarov