“Azərenerji” avqustda 1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

16:05 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az.  Cari ilin avqust ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,9 milyard kilovat-saat təşkil edib. ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, 2017-ci ilin avqust ayında bu rəqəm 2 milyard kilovat-saat olub.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Bununla yanaşı, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib. Eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər görülür.

Bütün xəbərlər