Maliyyə Nazirliyi 10 milyon manat həcmində DQİ yerləşdirdi

17:30 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlətin qısamüddətli istiqrazlar (DQİ) satıb.

BFB xəbər verir ki, sentyabrın 18-də AZ0102009682 nömrəli, 10 milyon manat həcmində və tədavül müddəti 182 gün olan DQİ buraxılışı yerləşdirilib. 

15 investordan  51 428,9 min manat məbləğində 23 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 95,6142 AZN-dən (gəlirlik 9,2499%)  96,8606 AZN-ə (6,5360%) qədər qiymət intervalında təklif edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 96,4695 AZN (gəlirlik 7,3800%), orta ölçülmüş qiymət isə 96,4780 AZN (7,3616%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 10 milyon manatlıq istiqrazlar yerləşdirilib. DQİ-nin ödəmə tarixi: 19 mart 2019-cu il.

 

Bütün xəbərlər