AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

17:32 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, 19 sentyabr tarixində 50101570S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirəcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 250 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Bütün xəbərlər