Avtomobil yolunun yenidən qurulması üçün vəsaitlər ayrılıb

11:10 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manatın ayrılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamında deyilir ki, vəsaitlər Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan  ayrılıb.

 

Bütün xəbərlər