330x110
 

Sentyabrın 20-də gözlənilən hava haqqında məlumat

19.09.2018,14:36


19 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

Yarımadada gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.

Rayonlara gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz  26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.