Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır

19.09.2018,15:58


19 sentyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da Bakıda səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyxi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.