“Abşeron” qaz-kondensat yatağından hasilat 2020-2021-ci illərdə planlaşdırılır

16:38 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından hasilat 2020-2021-ci illərdə planlaşdırıldığını qeyd edib.

O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında qiymətləndirmə və hasilat quyusunu qazır. “Total” şirkəti ilə birgə aparılan qazma işləri gələn il başa çatacaq. Yataqdan ilk hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur”.

Qeyd edək ki, “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının - 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək.

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 faiz) və “Total” (50 faiz) şirkətləridir.

Bütün xəbərlər