Ağsuda Səyyar ASAN xidmətdə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

15:53 - 8.11.2017


7 noyabr tarixində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində 400-dən çox vətəndaş müraciəti qeydə alınıb. Belə ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

 

Bütün xəbərlər