Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub

14:50 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qırğız Respublikası Joqorku Keneşin sədri Dastanbek Cumabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparılıb.

Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.

Joqorku Keneşin sədri Dastanbek Cumabekov göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O deyib ki, Qırğız Respublikası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər