330x110
 

Sentyabrın 21-nə olan hava haqqında məlumat

20.09.2018,14:46


20 sentyabr, Fineko/abc.az. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir.  Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  26-31, dağlarda gecə 7-12, gündüz  15-20 dərəcə isti təşkil edəcək.