Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək

15:40 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Təhsil naziri Ceyhun Bayramov sentyabrın 28-də saat 10.00-da Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək.

Qəbulda həmin rayon və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 20-dən 25-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Bütün xəbərlər