Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir

16:01 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Dəmiryolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabrayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaqki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bugünə kimi 209 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Səngəçal və Goran stansiyalarında 17 ədəd yeni yoldəyişən qurğuquraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək.

 

Bütün xəbərlər