Qanunsuz ov edən şəxs 1000 manat cərimə edilib

19:06 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub. Faktla bağlı V.Dövlətov barəsində akt,  protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə  tətbiq olunub. Ondan ov tüfəngi və patron götürülüb.

 

Bütün xəbərlər