Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

18:47 - 20.09.2018


20 sentyabr, Fineko/abc.az. Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vladimir Andreyçenkonu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Bütün xəbərlər