2020-ci ildə Bakıda Enerji Xartiyasının Konfransı keçiriləcək

11:28 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. 2020-ci ildə Enerji Xartiyasının  Konfransı Bakıda keçiriləcək.

Energetika Nazirliyindən bildirilib ki, 2020-ci ildə Azərbaycan Enerji Xartiyasının Konfransına sədrlik üçün öz namizədliyini irəli sürüb.

“Azərbaycan tərəfinin fikrinə görə, Bakı, “Cənub Qaz Dəhlizi”nin 2020-ci ildə tam istismara veriləcəyi və həmin vaxt tədbirin keçirilməsi üçün ən münasib məkan hesab edilir”, - məlumatda belə deyilir.

Nazirliyin məlumatına əsasən, Konfrans sədrliyinə Azərbaycandan başqa, Ermənistan və Monqolustan da namizədliyini irəli sürmüşdür, lakin, nəticədə tədbirin Bakıda keçiriləcəyi barədə qərar verildi.

2021-ci ildə Konfrans Ermənistanda, 2022-ci ildə isə Monqolustanda keçiriləcək.

Enerji Xartiyası üzrə konfrans - 1994-cü il Enerji xartiyasının Müqaviləsi əsasında təsis edilmiş beynəlxalq hökümətlərarası təşkilatdır. Enerji Xartiyası üzrə Konfrans istehsalçı, istehlakçı və enerji daşıyıcıları olan dövlətləri əhatə edən enerji sektorunda dövlətlərarası əməkdaşlıq təşkilatıdır. Konfransın fəaliyyəti yalnız iqtisadiyyatın bir hissəsi - enerji ilə məhdudlaşsa da, dövlətlərin investisiya, ticarət, enerji resurslarının tranziti, enerji ilə bağlı ekoloji aspektləri üzrə beynəlxalq əməkdaşlığını əhatə edir.

 

Bütün xəbərlər