Bakıətrafı qəsəbələrdə içməli suyun verilməsində fasilələr olacaq

10:04 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Su operatoru “Azərsu” ASC  abunəçilərini içməli suyun verilməsində fasilələrin olacağı barədə xəbərdarlıq edir.

“Azərsu”nun məlumatında deyilir ki, 21 sentyabr 2018-ci il tarixində gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bütün xəbərlər