Azərbaycan neftinin qiyməti bir barelə 80,34 dollar təşkil edir

21.09.2018,10:44


21 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,35 dollar (0,44%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 80,34 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti cümə axşamı günü, 20 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,32 dollar (0,45%) enərək  bir barelə 70,80 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 20 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,7 dollar (0,88%)  enərək bir barelə 78,70 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 7,90 dollar / barelə təşkil edir.