Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir

12:39 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas Milli Məclisdə işini davam etdirir.

İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə hər kəsi təbrik edib. Sədr təntənəli iclasda iştirak etdiklərinə görə xarici ölkələrin parlamentlərinin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.

Sonra Azərbaycan parlamentinin yaranmasının 100 illiyindən bəhs edən film göstərilib.

İclas təbrik çıxışları ilə davam edir.

Bütün xəbərlər