Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vakant vəzifələrin tutulması üçün müsahibə elan edir

12:47 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur. Müsahibədə ali təhsili olan mikrobioloqlar, virusoloqlar, xromatoqrafiya, AAS, İCP MS üzrə təcrübəsi olan kimyaçılar, PCR üzrə təcrübəsi olan genetiklər, magistratura dərəcəsi olan baytar həkimlər, keyfiyyətə nəzarət üzrə mütəxəssislər iştirak edə bilərlər.

Müraciət etmək istəyən namizədlər 21 sentyabr 2018-ci il tarixindən 17 oktyabr 2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi:  (012) 565-12-82 (573)

 

Bütün xəbərlər