AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

15:06 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. AZAL-ınprezidenti Cahangir Əsgərov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüş keçirmişdir.
 
Görüş zamanı cari ilin oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakıreysləri ilə bağlı məsələlər müzakirə olunmuşdur. 
 
Cahangir Əsgərov bildirmişdir ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
 
Öz növbəsində, səfir bu istiqamətin açılmasına görəAZAL-ın prezidentinə təşəkkür etmişdir və bu reysin təşviqində “Azərbaycan Hava Yolları”naistənilən lazımi dəstəyi verməyə hazır olduğunu vurğulamışdır.
 
Tərəflər sərnişinlərin bu reysə cəlb olunması və turist axının artırılması üçün birgə səylərin gücləndirilməsi, eyni zamanda hər iki ölkənin turizm rəsmilərinin iştirakı ilə müzakirələri davam etdirmək barədə razılığa gəlmişdirlər.  
Bütün xəbərlər