Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

16:34 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) edilən yeni təyinatdan sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bu barədə  “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə rəhbəri Yahya Babanlı məlumat verib. Bildirib ki, ölkə enerjisi sisteminin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Müəssisələrdə əmək və xidmət intizamının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılır.

Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. Eyni zamanda, kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir.

Bütün xəbərlər