Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə üç ay ərzində 77 müraciət daxil olub

21.09.2018,18:27


21 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) cərimə olunan şadlıq sarayları, atmosfer havasına atılan tullantılar və qanunsuz fəaliyyət göstərən karxanalar mövzularında mətbuat konfransı keçirilib.

Tədbirdə nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın verdiyi məlumata əsasən ETSN-nin 168 “Qaynar xətt”inə üç ay ərzində 77 müraciət daxil olub. Onların 16-sının tikinti obyektlərində ekoloji normativlərin gözlənilməsi ilə əlaqədar olduğu müəyyən edilib.

Cərimə olunan şadlıq sarayları mövzusunda danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov “Kloapatra”, “Tural”, “Ağ çiçəyim”, “Təbrik” və digər bu kimi obyektlər barəsində aktların tərtib olunduğunu və bu müəssisələrin cərimələndiyini bildirib.