“Qara bazar”da dollar neçəyə satılır?

10:07 - 10.11.2017


10 noyabr, Fineko/abc.az. Noyabr ayının 10-da “qara bazar”da dolların məzənnəsi məlum olub.

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən olunan məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.

Son ucuzlaşmadan sonra avronun alışı hazırda 1.97 manat, satışı isə 1.98 manat  təşkil edir.

“Qara bazar”dan bildirilib ki, Rus rublunun məzənnəsi rəsmi məzənnəyə uyğun olaraq dəyişməyib. Hazırda rubl  2.83-2.84 qəpiyə (0.0283-0.0284 AZN) alınıb, 2.85 qəpiyə (0.0285 AZN) satılır.

Qeyd edək ki, ötən həftə rublun alışı 2.85 qəpik (0.0285 AZN), satışı isə 2.88 qəpik (0.0288 AZN) idi.

 

Bütün xəbərlər