Gürcüstan Azərbaycanın əmanətlərin sığortalanması sisteminin fəaliyyət prinsiplərini öyrənir

19:15 - 21.09.2018


21 sentyabr, Fineko/abc.az. Gürcüstan Azərbaycanın əmanətlərin sığortalanması sisteminin fəaliyyət prinsiplərini öyrənir.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildiriblər ki, Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinin ekspertləri Azərbaycanın əmanətlərin sığortalanması sisteminin fəaliyyət prinsiplərini öyrənmək məqsədilə Bakıda səfərdə olub.

2017-ci ildə yaradılmış Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinin nümayəndələri ilk təcrübə mübadiləsi səfərləri çərçivəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının "Əmanətlərin Sığortalanması haqqında" Qanunu, əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri, fondun strukturu, banklardan hesabatların qəbulu və emalı üzrə elektron hesabat sistemi, sığorta hadisəsi zamanı kompensasiyaların ödənilməsi qaydaları ilə tanış olublar.

Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Vyana şəhərində Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər. Toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri əmanətlərin sığortalanması sisteminin stress-testlərin keçirilməsi, risk əsaslı ödənişlərin tətbiqi və əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər.

Bütün xəbərlər