Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

09:58 - 22.09.2018


22 sentyabr, Fineko/abc.az. Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının Milli Məclisinin tədbirində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Hindistan Parlamentinin nümayəndə heyətinin üzvləri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə Hindistan arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

 

Bütün xəbərlər