09:00 - 22.09.2018
22 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 22-23-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 23-28°, dağlıq rayonlarda 14-18° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 24-29°, dağlıq rayonlarda 15-20° isti olacağı ehtimal edilir.
Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, sentyabrın 23-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı bildirilir.
Paytaxt Bakıda sentyabrın 22-si gündüz, 23-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 24-28° isti olacağı ehtimalı var.
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024