Nazir müavini Yəhya Musayev Slovakiya- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşdü

10:15 - 22.09.2018


22 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə respublikamızda səfərdə olan Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek ilə görüşdü.

Səmimi keçən görüşdə Azərbaycan-Slovakiya arasında formalaşmış dostluq münasibətlərindən və müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən danışıldı.

Görüşdə Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev də iştirak edirdi.

 

Bütün xəbərlər