Azərbaycanda 91 dövlət müəssisəsi özəlləşdirməyə çıxarıldı

24.09.2018,13:20


24 sentyabr, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 23 oktyabr tarixində keçirəcək.

“Hərraca 170 dövlət əmlakı çıxarılacaq. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 9-u nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.

Qeyd edilir ki, hərraca çıxarılan dövlət əmlakları haqqında  ətraflı məlumatla dövlət komitəsinin saytında www.emdk.gov.az  və Özəlləşdirmə portalında - www.privatization.az tanış olmaq olar.

 

Açar sözlər: özəlləşdirmə hərrac