FAO Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün daha 4 milyon dollar sərmayə qoymağa hazırdır

14:45 - 24.09.2018


24 sentyabr, Fineko/abc.az.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə  birlikdə ölkədə yeni layihələrin həyata keçirilməsinə başlayır.

FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib ki, layihələrin ümumi dəyəri 4 milyon dollardır.

“Növbəti  ayda heyvandarlıq, süni mayalandırma və kartof toxumçuluğu  sahələrində layihələrin həyata keçirilməsi ilə bağlı sazişlərin imzalanması planlaşdırılır. Həmçinin Azərbaycanın regionlarında kənd təsərrüfatı sektorunda gənclərin məşğulluğunun artırılması üçün layihə həyata keçiriləcək”, - M.Çakmak belə deyib.

 

Bütün xəbərlər