Azərbaycanda hava soyuyacaq

14:46 - 24.09.2018


24 sentyabr, Fineko/abc.az. Azərbayanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin soyuyacağı barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, ölkə ərazisində sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək.

“Bakıda və Abşeronda sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı aşağı enəcək”, - məlumatda belə deyilir.

Bildirilir ki, Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

Bütün xəbərlər