14:47 - 24.09.2018
24 sentyabr, Fineko/abc.az. Qlobal ödəniş texnologiyaları lideri sayılan Mastercard və Türkiyənin aparıcı onlayn satış platforması “Hepsiburada” birgə kampaniyaya start verib.
Azərbaycanda verilən Mastercard® və Maestro® kredit və debet kart sahibləri hepsiburada.com saytından ilk dəfə alış-veriş etdikdə 10% endirim qazana bilərlər. Endirimdən istifadə etmək üçün müştəri promo-bölümdə MASTERCARD10 endirim kodunu daxil edib Mastercard və ya Maestro kartı ilə ödəniş etməlidir.
“Azərbaycanda da istehlakçılar arasında kifayət qədər tanınan Türkiyənin aparıcı onlayn alış-veriş platforması “Hepsiburada” ilə əməkdaşlığımızı elan etməkdən böyük məmnuniyyət duyuruq. Bu kampaniya Mastercard kart sahbləri üçün unikal alış-veriş təcrübəsi təqdim etməklə yanaşı, bizim Azərbaycan bazarında olan öhdəliyimizi də nümayiş etdirir”, -deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.
“Türkiyənin lider onlayn satış platforması olaraq “Hepsiburada” Azərbaycanlı müştərilərə ilk alış-verişlərində 10% endirim təqdim edən bu kampaniya çərçivəsində Mastercardla əməkdaşlıqdan qürur duyur”, - deyə “Hepsiburada İternational” şirkətinin prezidenti Emre Ekmekçi qeyd edib.
Kart sahibləri kampaniyadan yalnız bir dəfə və ilk alış-verişdə faydalana bilər. Ölkə xaricindən edilən sifarişlər üçün gömrük prosedurlarına görə “login”-lə daxil olub tələb olunan məlumatları doldurmalısınız. Kampaniya 20 sentyabr – 31 oktyabr 2018-ci il tarixləri arasında etibarlıdır.
Təqdim etdiyimiz endirimlə https://www.hepsiburada.com/hepsiglobal linkinə klikləyib alış-verişə başlaya bilərsiniz.
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024