Azərbaycanda idxal olunmuş təhlükəli ərzaq məhsulları satışdan çıxarıldı

17:02 - 24.09.2018


24 sentyabr, Fineko/abc.az. Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra idxal olunan ərzaqların ekspertizasını keçirib.

AQTA-nın məlumatında deyilir ki, “Ozmo” ticarət nişanı altında satılan  “Ogopogo” keksləri, “ETİ” ticarət nişanı altında satılan  “Pop kek” (limon) və “Tutku” keksləri, “Nutti” və “Monte Lemo” ticarət nişanları altında satılan  şokolad yağı və “Bonduelle” ticarət nişanı altında satılan yaşıl noxudun ekspertizası keçirilib.

“Sentyabr ayından etibarən  bu ticarət nişanları altında satılan, daha dəqiq isə, bu malların müəyyən  partiyası satışdan çıxarılmışdır”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, bu partiya müvafiq anbarlarda saxlanılır. Həmin  ticarət nişanları altında satılan məhsullar  təhlükəsizlik tələblərinə uyğundur.

 

Bütün xəbərlər