Maksim Oreşkin Rusiya-Azərbaycan regionlararası forumunda iştirak etmək üçün Bakıya gəlir

24.09.2018,17:42


24 sentyabr, Fineko/abc.az.  Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 9-cu Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcəklər.

Regionlararası forumun mətbuat ofisində qeyd olunduğu kimi, sentyabrın 27-də Bakıda keçiriləcək tədbir, “Roskonqress” Fondunun dəstəyi ilə, RF İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən təşkil ediləcək.

Tədbir, iki ölkənin regionları arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına yönəlmişdir və Rusiya və Azərbaycan rəhbərliklərinin birgə işi, o cümlədən profil nazirlər,  iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri, işgüzar icmalar və ekspertlər üçün bir platforma olacaq. Rusiya tərəfindən 6 regionun: Arxangelsk, Həştərxan və Novqorod vilayətləri, Stavropol diyarı,  həmçinin, Dağıstan və Udmurtiya rəhbərlərinin iştirakı planlaşdırılır.

Tədbirin proqramına, nazirlər Maksim Oreşkin və Şahin Mustafayev, diplomatik nümayəndələri, biznes assosiasiyaların rəhbərləri və bir sıra Rusiya regionlarının başçılarının çıxış edəcəkləri Plenar iclas,  Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan biznes şuralarının geniş iclası, eləcə də "Sənaye: ikitərəfli əməkdaşlıq perspektivləri”,   "Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi", "Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi", "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq", "Humanitar sahədə əməkdaşlığın gücləndirilməsi", "Nəqliyyatda və tranzit daşımalarında əməkdaşlığın gücləndirilməsi" və "Qadın sahibkarlığının inkişafında perspektivləri"  kimi bir sıra dəyirmi masa daxildir.