Dəmir yolunun sərnişin təsərrüfatında qış mövsümünə hazırlıq işləri sürətləndirilir

16:35 - 29.09.2017


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planınına əsasən işlər həyata keçirilir.

Tədbirlər planına əsasən, Sərnişin daşımaları Departamentinin kollektivi, qış mövsümündə  sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə  bütün qüvvələri səfərbər edib.

Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtuklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır.

Sərnişin təsərrüfatında çalışan işçilərin  xüsusi geyim və ayaqqabı ilə  təmin edilməsi həyata keçirilir.

Beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemləri vəziyyəti yoxlanılır, çatışmazlıqlar aradan qaldırılır.

Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

Bütün xəbərlər