Azərbaycan neftinin qiyməti bir barelə 82,21 dollar təşkil edir

25.09.2018,10:40


25 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,85 dollar (2,3%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 82,21 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti bazar ertəsi günü, 24 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,3 dollar (1,84%) yüksələrək  bir barelə 72,08 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 24 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 2,4 dollar (3,05%) yüksələrək bir barelə 81,20 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,12  dollar / barelə təşkil edir.