Sentyabrın 26-na olan hava proqnozu

25.09.2018,14:44


25 sentyabr, Fineko/abc.az. Sinoptiklərin təqdim etdiyi məlumata əsasən, sabah, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir  tutulacaq. Ehtimal olunur ki, səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacaq.  Gün ərzində şimal-qərb küləyi güclənəcək.

Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26,  Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 759 mm civə sütunundan 766  mm  civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə, sentyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  25-29, dağlarda gecə 9-14, gündüz  16-21 dərəcə isti təşkil edəcək.