“L-3 Technologies” və “AZAL” Pilotların hazırlığı üzrə trenajor mərkəzini birgə yaradacaqlar

25.09.2018,17:08


25 sentyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (“AZAL”) QSC-nin prezidenti Cahangir Əsgərov bu gün “L-3 Technologies” şirkətinin Commercial Training Solutions prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüşüb.

Şirkətin məlumatına əsasən, görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“L-3 Technologies” şirkəti  innovativ inkişafı sayəsində, "Azərbaycan Hava Yolları" şirkətinə kadr hazırlığı, uçuş imitasiyası kompleksləri, həmçinin nəzəri və interaktiv təlim proqramları ilə bağlı ən son texnologiyalar təqdim edəcəkdir. Tərəflər “AZAL” və “Buta Airways”in uçuş heyətinin hazırlığı üçün Boeing-737 MAX və Embraer 190 tipli “Full Flight Simulator” trenajor komplekslərinin tədarükü ilə bağlı məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, danışıqlar çərçivəsində “L-3 Commercial Training Solutions” şirkəti ilə birgə Milli Aviasiya Akademiyasında pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin tikintisi də müzakirə olundu.    Müqavilənin imzalamnası  oktyabrın ortalarına planlaşdırılır. 2020-ci ilin ortalarında yeni trenajorların fəaliyyətə başlayacağı gözlənilir.

“L-3 Technologies” şirkətinin əldə edilən simulyatorları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO DOC 9625-1) və EASA (Certification Specification CS-FSTD(A))  ən yüksək səviyyədə tələblərinə cavab verir.