Bakı Nəqliyyat Agentliyi paytaxt marşrutlarının istismarı üzrə müsabiqə təşkil edir

17:13 - 25.09.2018


25 sentyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt marşrutlarının istismarı üzrə növbəti müsabiqənin keçiriləcəyini bildirib.
BNA-nin məlumatına əsasən, müsabiqə 3, 4, 15, 65, 149, 164 və 195 saylı marşrutların istismarı üzrə keçiriləcək.
Agentliyin məlumatında qeyd edilir ki, müsabiqə Nazirlər Kabinetinin qərarına əsasən keçirilir və bütün paytaxt marşrutlarının istismarı üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinin növbəti ünvanına müraciət edə bilərlər: Bakı, Ziya Bünyadov küçəsi, 111, telefon: 404-79-45 (daxili: 2248).

Bütün xəbərlər