Xaltmaaqiyn Battulqa Azərbaycan Dövlət Neft Fondunun fəaliyyəti ilə tanış olmuşdur

25.09.2018,17:25


25 sentyabr, Fineko/abc.az.  Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNF-in məlumatında deyilir ki, görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
“Xaltmaaqiyn Battulqa bildirdi ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın biznes missiyasının cari ilin oktyabr ayında Monqolustana səfərinin nəzərdə tutulub. Monqolustanda mövcud olan investisiya imkanlarının nəzərdən keçirilməsi üçün ARDNF-nin nümayəndə heyətinin də qeyd edilən missiya ilə Monqolustana dəvət edib”, - deyə məlumatda bildirilir. 
Məlumatda qeyd edilir ki, ARDNF-in İcraçı direktoru bildirib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir və Monqolustan Prezidentinin Azərbaycana səfəri əlaqələrin daha da möhkəmləndirilməsinə təkan verəcək.

Açar sözlər: SOFAZ Xaltmaaqiyn Battulqa