Maliyyə Nazirliyi 15 milyon manat həcmində DQİ yerləşdirdi

11:46 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazlar (DQİ) satıb. 

BFB xəbər verir ki, sentyabrın 25-də AZ0104010688 nömrəli, 15 milyon manat həcmində və tədavül müddəti 364 gün olan DQİ buraxılışı yerləşdirilib. 

12 investordan  44 435,7  min manat məbləğində 17 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 88,9666 AZN-dən (gəlirlik 12,4700%)  93,9281 AZN-ə (6,5000%) qədər qiymət intervalında təklif edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 92,6558 AZN (gəlirlik 7,9699%), orta ölçülmüş qiymət isə  93,5178 AZN (6,9697%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 15 milyon manatlıq istiqrazlar yerləşdirilib. DQİ-nin ödəmə tarixi: 24 sentyabr 2019-cu il.

 

 

Bütün xəbərlər